Birləşmiş Millətlər Təşkilatının (BMT) ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi "E-Government Survey 2016 adlı hesabatında Azərbaycan elektron hökumətin inkişafı indeksi üzrə 12 pillə irəliləyərək 68-ci yerdən 56-cı yerə yüksəlib.

Unikal.org-un məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Elektron hökumət portalının kordinatoru Cəmşid Naxçıvanski açıqlaması zamanı bildirib.

C.Naxçıvanskinin sözlərinə görə, "Elektron hökumət iştirak indeksinə görə isə 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib.

"Bunları fərqləndirsək "Elektron Hökumətin İnkişaf İndeksi burada əsas meyarlardan biri elektron xidmətlərin hazırlanması, infrastruktur, insan potensialı ilə bağlıdır ki, burada elektron xidmətlərlə bağlı hissədə biz daha çox irəliləyiş əldə etmişik. "Elektron-İştirak İndeksi isə portaldakı xidmətlərin vətəndaşlar tərəfindən istifadəsi ilə bağlıdır, - deyə portal kordinatoru bildirib.

C.Naxçıvanski cari ilin ilk yarımilində elektron xidmətlərdən istifadə sayından da danışıb və əlavə edib ki, 8 mln.dan yuxarı olub: "Daha çox istifadə olunan xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portala inteqrasiya olunmuş VEMTAS sistemidir. Bundan başqa, Dövlət Gömrük Komitəsinin "Elektron gömrük bəyannamələri xidməti də ən çox istifadə olunan xidmətlər siyahısındadır. Bu xidmətlərdən istifadə statistikası son aylarda hətta milyona yaxınlaşıb.