Terrorçular Suriyanın Hələb şəhərinə zəhərli qazla doldurulmuş mərmilər atıblar.

Unikal.org-un "RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində beş nəfər dinc sakin həlak olub.

Məlumata görə, mərmilər şəhərin Bab-əl-Fərəc və Bustan-Kəl-Ab rayonlarında partlayıb.

Terrorçuların atdığı kimyəvi silah insanın sinir sistemini zədələyir və boğulmaya səbəb olur.