Şimali Koreya bu gün səhər saatlarında Yapon dənizi istiqamətində ballistik raketin atışını həyata keçirib.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, raket atışı Cənubi Koreya tərəfindən qeydə alınıb.

"Rönhap agentliyi bildirir ki, Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin bəyanatına əsasən, raket atışı Xvanxe-Namdo əyalətində həyata keçirilib.

Qeyd edək ki, BMT TŞ-nin qadağasına baxmayaraq Şimali Koreya cari ildə dəfələrlə ballistik raketlərin atışını həyata keçirib.