Liviyanın Benqazi şəhərində minalanmış avtomobildə hərəkət edən terrorçu-kamikadze bir qrup hərbçiyə yaxınlaşaraq partlayıcı qurğunu işə salıb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 22 hərbçi ölüb, 20-dək insan yaralanıb.

Məlumata görə, hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.