"Əgər Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə nail olmasaq, ölkədə "Sasna çrer adlı yeni silahlı qruplaşmalar yaranacaq.

Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müxalif "İrs partiyasının lideri Raffi Ovannisyan deyib.

O bildirib ki, hər bir Ermənistan vətəndaşı "Sasna çrer üzvü ola bilər: "Lakin onlar bizim ölkəmizi işğal edən qalstuklu terrorçulara qarşı vuruşan antiterrorçular olacaq. Əgər indiki vəziyyətin dəyişməsinə nail olmasaq, o zaman heç kim sərhədlərimizdəki itkilərə təəccüblənməsin.