Ermənistan prezidenti Serj Sarkisyanavqustun 10-da Moskvaya işgüzar səfərə gedəcək.

Unikal.org report-a istinadən bildirir ki, səfər Rusiya prezidentiVladimir Putinin dəvəti ilə baş tutacaq.

"Səfər zamanı bir sıra aktual beynəlxalq və regional problemlər üzrə fikir mübadiləsi aparılacaq", - deyə Kremlin mətbuat xidmətindən bildiriliblər.
Xatırladaq ki, avqustun 8-də V.Putin Bakıya səfərə gələcək.