ABŞ Müdafiə Nazirliyi Pakistan hökumətinə 300 milyon məbləğində hərbi yardım etməkdən imtina edib.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, buna səbəb Pakistanın terrorçu Hakkani şəbəkəsinə qarşı effektiv olmayan mübarizəsidir.
Pentaqon rəsmisi Adam Stampın sözlərinə görə, Pentaqon rəhbəri Eşton Karter Pakistanın terror qruplaşması ilə mübarizə üçün kifayət qədər səy göstərmədiyini açıqlayıb.