Dünyanın 100 ölkəsini Gülən hərəkatı ilə bağlı xəbərdar etmişik.

Unikal.org axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Mehdi Ekər söyləyib.

Onun sözlərinə görə, Gülən məktəbləri 100-ə yaxın ölkədə fəaliyyət göstərir:
"Onların 100 ölkədə 700 məktəbi var. Bu ölkələrə xəbərdarlıq etmək borcumuzdur. 15-20 il sonra onlar da bizim kimi təcrübə yaşayacaqlar. İstənilən ölkəyə yardım etməyə hazırıq".