Türkiyədə Fətullah Gülən barəsində daha bir həbs qərarı çıxarılıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul 2-ci Sülh Cəza Məhkəməsi Fətullahçı terror təşkilatının (FETÖ) qurucusunu "15 iyul dövlət çevrilişinə cəhdin təlimatını vermək"də günahlandırıb.
Məlumata görə, bu, Fətullah Gülən barəsində dövlət çevrilişi cəhdi ilə bağlı qəbul edilən ilk hökmdür.
Qeyd edək ki, bundan əvvəl onun barəsində iki dəfə qiyabi həbs qərarı olub.