ABŞ-ın nüfuzlu "Wall Street Journal" jurnalı ABŞ rəsmilərinin Fəthullah Gülənin ekstradisiyası üçün Türkiyədən göndərilən sənədlərə qane olmadıqlarını yazıb.

Unikal.org lent.az-a stinadən bildirir ki, yazıda bildirilib ki, ABŞ hakimiyyəti göndərilən sənədlərin əsasında Güləni Türkiyədə ekstradisiya etməyəcək.
Xəbərdə o da bildirilir ki, ABŞ rəsmiləri türkiyəli siyasətçilərin "təhdidvari açıqlamalarından narahatlıq keçirir".
Jurnalın yayımladığı materiala görə, Gülənin ekstradisiyası ilə bağlı müzakirələr hələ bir neçə ay davam edəcək və heç bir ssenaridə onun Türkiyəyə qaytarılması ehtimalı yoxdur. WSJ onu da yazır ki, Türkiyə prezidenti Ərdoğan və baş nazir Binali Yıldırım ictimaiyyət qarşısında Gülənin ekstradisiyasını nə qədər çox tələb etsə, bu məsələ o qədər çətinə düşür.