Misir ordusu İŞİD-in Sina yarımadasındakı lideri Ebu Dua El Ensarinin onlarla əsgəri ilə birlikdə öldürüldüyünü açıqlayıb.

Unikal.org Türkiyə KİV-ə istinadən məlumatına görə, Sina bölgəsinə təşkil edilən hava hücumlarında Ensar Beyt el Makdis təşkilatının hərbi qüvvələrinin hədəf alındığı bildirilib.

Misir Ordusunun verdiyi açıqlamada qeyd edilib ki, hava hücumları zamanı 45 terrorçu öldürülüb, onlarla təşkilat üzvü yaralanıb və silah anbarları məhv edilib.ğ
Misir ordusunun generalı Muhammed Samir sosial şəbəkədə yayımladığı açıqlamasında Ensarinin öldürüldüyünü deyib.