Türkiyədə daha 12 jurnalist həbs edilib.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, həbs edilənlər "Zaman qəzetinin eks yazarları və idarəediciləridir. Qeyd edək ki, FETO-nun 15 iyul çevriliş cəhdindən sonra İstanbul Baş Prokurorluğunda başladılan istintaq nəticəsində həmin jurnalistlər barəsində saxlanmaq qərarı verilmişdi.

Ötən gün isə prokurorluğun verdiyi qərara əsasən həmin şəxlər həbs edilib. İki nəfər isə məhkəmə tibbi ekspertizasından keçdikdən sonra sərbəst buraxılıb.