ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton və respublikaçıların namizədi Donald Tramp arasında reytinq fərqi 3%-ə düşüb.

Unikal.org-un məlumatına görə, Reuters agentliyi tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 42 faizini, Tramp isə 39 faizini toplaya bilər.

Avqustun 1-də agentliyin keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü 9 faiz təşkil edirdi.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.