"İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı ilə bazar günü görüşəcək. Görüşdə Tehranla Bakı arasında imzalanmış müqavilələrin həyata keçirilməsi müzakirə edələcək".
Unikal.org apa-ya istinadən məlumatına görə, bu barədə "presstv.ir məlumat yayıb. Səfər barədə İran prezidentinin ictimaiyyət və informasiya idarəsi rəhbərinin müavini Parviz Esmaeli deyib.
O bildirib ki, İran və Azərbaycan prezidentləri kommersiya, sənaye, enerji, mədəniyyət sahəsində əməkdaşlıq və 6 ay öncə Tehranda iki ölkə arasında imzalanmış 11 saziş və anlaşma memorandumu barədə fikri mübadiləsi aparacaqlar. Esmaelinin sözlərinə görə, H. Ruhaninin Azərbaycana səfəri gələn həftənin birinci günü başa çatacaq.
Qeyd edək ki, avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə Bakıda üçtərəfli sammit keçiriləcək. Sammitdə prezidentlər terrorizmlə mübarizə, kommersiya, enerji, kommunikasiya, ətraf mühit və nəqliyyat sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.