Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Unikal.org-un məlumatına görə, milli komandamızın üzvü Rüstəm Orucov da tatami üzərinə çıxıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Orucov mübarizəyə 1/16 final mərhələsindən start verib. Tiflis Qran-prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimiz Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.

O, 1/8 finalda avstraliyalı Jak Benstedlə münasibətinə aydınlıq gətirib. Bu rəqibini də ipponla keçən təmsilçimiz 1/4 finala yüksəlib. Rüstəm yarımfinala çıxmaq üçün macarıstanlı Miklos Unqvariyə qalib qəlib.

Yarımfinal mərhələsində israilli Saqi Muki ilə mübarizə aparıb. Gərgin keçən döyüşdə rəqibini yuka xalı ilə yenən idmançımız finala yüksələrək həm də ilk medalımızı təmin edib.

Rüstəm Orucovun finaldakı rəqibi yaponiyalı Ono Şohei olub. Təmsilçimiz məğlub olaraq gümüş medal qazanıb.