DİN Salyan rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Unikal.org xəbər verir ki, avqustun 8-də saat 07 radələrində Salyan rayonunun Ərəbqardaşbəyli kəndində Neftçala rayon sakini Elman Məmmədov idarə etdiyi "Ford-Tranzit markalı mikroavtobusla (Bakıdan Neftçalaya gedən) yolun hərəkət hissəsində dayanmış 2 baş inəyi vurduğundan idarəetməni itirib avtomobili aşırıb. Nəticədə sürücü və 12 sərnişin xəstəxanaya yerləşdirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Salyan RPŞ tərəfindən araşdırma aparılır/