Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib. Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.

Bildirilir ki, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:25-də başa çatıb.

Digər hadisə isə Xəzər rayonunda olub. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:50-də başa çatıb.