Hacıqabul rayonunda yanğn baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Hacıqabul rayonun Abduladad kəndində vətəndaşa məxsus ümumi sahəsi 400 m2 olan 4 otaq və aynabənddən ibarət evin qamışdan ibarət tavanı 90 m2 sahədə, otaqların pəncərə çərçivələri və qapılar 12 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.