Bakıda üç avtomobil toqquşub.

Unikal.org report-a istinadən bildirir ki, avqustun 11-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Elçin Əfəndiyevin idarə etdiyi "Mercedes", Mirhəşim Abbasovun idarə etdiyi "Opel" və Süleyman Novruzlunun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub.

Nəticədə E.Əfəndiyevin 1 sərnişini, M.Abbasov və 3 sərnişini, habelə S.Novruzlu və 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan S.Novruzlu, M.Abbasov və Ramidə Hüseynova orada ölmüşlər.