Kann şəhərinin rəhbərliyi "burkini" adlanan ənənəvi müsəlman qadınlarının çimərlik paltarlarına qadağa qoyub.

Unikal.org xəbər verir ki, bu barədə trend Fransanın "La Libération" qəzetinə istinadən xəbər verir.

Qadın bədənini tam örtən "burkini"də bundan sonra Kann çimərliklərinə giriş artıq qadağandır.

Hakimiyyət orqanları hesab edirlər ki, dini mənsubluğu nümayiş etdirən çimərlik paltarları Fransanın terrorçular üçün hədəfə çevrildiyi zaman ictimai intizamın pozulmasına səbəb ola bilər.

Daha əvvəl İsveçrənin Bazel şəhərində "burkini"də ictimai hovuzlardan istifadə etməyə qadağa qoyulub.