Lənkəranda ölümlə nəticələnən güclü yanğın hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 05.00 radələrində şəhərin Zərifə Əliyeva küçəsi, dalan 2, ev 4 ünvanında Məcid Rüstəm oğlu Nəsirova məxsus yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. Onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı ev sahibi güclü alovun cəngindən qurtula bilib. Lakin onun arvadı, 64 yaşlı Kifayət Sabir qızı Nəsirova evdən çıxmağa macal tapmadığından yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.