ABŞ-ın Bakıdakı Səfirliyinə yeni səfir müavini təyin edilib. 
Səfirlikdən unikal.org-a bildirilib ki, yeni səfir müavini Uilyam Gil Azərbaycanda fəaliyyətinə başlayıb.
ABŞ-ın Dövlət Departamentində 1995-ci ildən çalışan Gil ABŞ-ın Diplomatik Xidmət İdarəsinin karyera əməkdaşıdır. Bakıya gəlməzdən öncə o, Vaşinqtonda İnsan Resursları Bürosunda İnkişaf Məsələləri üzrə əməkdaş kimi çalışıb. Uilyam Gil 2011-2013 illərdə Qərbi Avropa Məsələləri üzrə şöbənın direktor müavini və müvəqqəti direktoru işləyib.
Cənab Gil 2007-2011 illərdə Milanda ABŞ Konsulu, 2005-2007 illərdə isə Beyrutda ABŞ-ın konsulu kimi çalışaraq 2006-cı ilin iyul-avqust müharibəsi zamanı 15000 amerikalının təxliyə əməliyyatını əlaqələndiribr. U.Gil həmçinin Hindistan və Mərəkeşdədə fəaliyyət göstərib.
Uilyam Gil kollecdə tarix üzrə bakalavr dərəcəsini alıb. O, Virciniya ştatında anadan olub və fransız, Azərbaycan, italyan və ərəb dillərində danışır.