Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib. 
Unikal.org Azvision.az-a istinadən xəbər verir ki, qəza rayonunu Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan "Chevrolet aveo markalı avtomobil "Toyota Land Cruiser markalı avtomobillə qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, "Toyota Land Cruiser markalı avtomobil Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi Vüsal Qaraşovun xidməti avtomobilidir. Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü isə hadisə yerində xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.