Ağstafa rayonunda mağaza yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Köçvəlili kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan ərzaq mağazasının tavanı 40 m2 sahədə və içərisində olan ərzaq məhsulları yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.