Sumqayıt şəhərində ölümlə nəticələnən partlayış baş verib. 

Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 12-də saat 13 radələrində şəhərin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib.
Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və orada ölüb. Həyətdə olan "Tavriya markalı avtomobil isə yanıb.
Araşdırma aparılır.