Şəmkirdə intihar hadisəsi baş verib.

Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, avqustun 12-də Şəmkir şəhərində yaşayan Qafqaz İsgəndərov həyətində odlu silahdan açdığı atəşlə özünü öldürüb.

Şəmkir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən nömrəsi silinmiş "Revolver tipli tapança, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

Araşdırma aparılır.

Bu gün səhər saatlarında Maştağa - Koroğlu xətti ilə hərəkət edən "166" nömrəli sərnişin avtobusu Sabunçu dairəsi yaxınlığında qəza törədib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, üzü "Koroğlu" istiqamətində hərəkən edən marşrut öncə yol kənarındakı ağaca, daha sonra isə divara çırpılıb.

Şahidlərin Milli.Az-a verdiyi məlumata görə, qəzaya avtobusun əyləc sistemində yaranan problem səbəb olub. Belə ki, avtobusu dayanacaqda saxlamaq istəyən sürücü əyləcin tutmadığını hiss edib, qarşıdakı avtomobilləri əzməmək və yolu keçən piyadaları vurmamaq məqsədi ilə sərnişin dolu avtobusu divara çırparaq saxlamaq qərarına gəlib.

Sərnişinlər yüngül xəsarətlərlə qəzadan yaxa qurtara biliblər.