Yabanı halda bitmiş, çəkisi 1,7 ton olan çətənə kolu Qusar polisi tərəfindən aşkar edilərək məhv edilib.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qusar RPŞ əməkdaşları tərəfindən Zindan-Muruq kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 700 kiloqram olan 1245 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.