Bakıda Yol Patrul Xidmətinin (YPX) motosikletinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Mikayıl Müşfiq küçəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə xidmət aparan YPX-nin polis serjantı Samir Kərimovun idarə etdiyi "Yamaha markalı motosiklet naməlum sürücü tərəfindən idarə edilən "Mercedes-Benz markalı avtomobillə vurulub.
Sürücü avtomaşını tərk edərək hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırmalar aparılır.