Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənə endirdiyi hava zərbəsi nəticəsində 10 uşaq ölüb, 21 nəfər yaralanıb.

Unikal.org-un məlumatına görə, bu barədə "Sərhədsiz həkimlər beynəlxalq təşkilatı açıqlama yayıb.

Məlumata görə, zərbə Yəmənin Səudiyyə Ərəbistanı ilə həmsərhəd Haydan rayonunda yerləşən məktəbə endirilib. Koalisiya nümayəndələri insidentlə bağlı hələlik heç bir şərh verməyiblər.

BMT-nin məlumatına görə, 2015-ci ilin martından 2016-cı ilin avqustun 11-dək Yəməndəki münaqişə zamanı 3704 dinc sakin həlak olub, 6566 nəfəri isə yaralanıb.