ABŞ-ın Missuri ştatının Kanzas Siti şəhərində atışma nəticəsində iki uşaq ölüb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə yerli "KCTV News telekanalı məlumat yayıb.

İnsident nəticəsində 8 və 9 yaşlarında iki oğlan uşağı ölüb. Atışma zamanı həmçinin 16 yaşlı yeniyetmə qız xəsarət alıb.

Polis insidentin təfərrüatlarını araşdırır.