ABŞ vitse-prezidenti Co Bayden Türkiyəyə səfər edəcək. Unikal.org-un xəbərinə görə, məlumat Ağ Ev tərəfindən təsdiqlənib. Məlumata əsasən, Bayden Türkiyəyə avqustun 24-də səfər edəcək.

Bundan əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım Baydenin ölkəyə səfər edəcəyini bildirib.

Bundan başqa, avqustun 22-də Türkiyəyə ABŞ Ədliyyə Nazirliyinin Fəttulah Gülənin mümkün ekstradisiyası məsələsi ilə məşğul olan nümayəndə heyəti səfər edəcək və Ankarada bir sıra görüşlər keçirəcək. Bundan sonra Türkiyənin nümayəndə heyəti Vaşinqtona səfər edəcək.