Şamaxı rayonu, Çöl Göylər kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın saat 21:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.