Salyanda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, rayonun Babazənan yaşayış massivinin sakini, 32 yaşlı Rəşad Ramiz oğlu Novruzov Stansiyadakı şadlıq sarayında toyda olarkən tanımadığı şəxs tərəfindən 4 bıçaq yarası alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.