2016-cı il Avroviziya mahnı müsabiqəsinin qalibi, krım əsilli ukraynalı müğənni Jamala İstanbulda konsert verəcək.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı İstanbul Atatürk Hava Limanında jurnalistlərə açıqlama verib.

15 iyulda baş vermiş hərbi çevriliş hadisələrində şəhid olanlara görə üzgün olduğunu bildirən ifaçı bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Jamala 17 avqustda İstanbulda verəcəyi konserti demokratiya şəhidlərinə həsr edəcəyini söyləyib.