Avstriyanın paytaxtı Vyanada "Schwechat" Beynəlxalq Hava limanındakı lövhədə ikinci dəfə Türkiyə əleyhinə yazı nümayiş olundu. 

Unikal.org bildirir ki, xəbər, xarici işlər naziri Mövlut Çavuşoğlunun reaksiyasından sonra lövhədən silindi.


Növbəti dəfə "Türkiyə, 15 yaşlı uşaqlarla cinsi əlaqəyə icazə verir" başlıqlı xəbər, Vyana Havalimanındakı reklam lövhəsində yayımlanıb. 

Türkiyə əleyhinə təbliğat məqsədi daşıyan xəbərin hava limanındakılövhədə göstərilməsi reaksiyalara səbəb olub.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, xarici işlər naziri Mövlüt Çavuşoğlu, məsələ ilə bağlı etirazını bildirib. Vyana səfirliyinin müdaxiləsi nəticəsində Türkiyəni qaralama məqsədi daşıyan qalmaqallı xəbər hava limanında rekalm lövhəsindən götürülüb.