Orta ağır çəkidə UFC çempionu Konor Makqreqor bazar günü baş tutan tədbirdə yaxın dostu Kriştianu Ronaldu barədə bir məlumatı ağzından qaçırıb. 

Unikal.org goal.az-a istinadən xəbər verir ki, Makqreqor ulduz futbolçunun "Real"la müqaviləsini yenilədiyini qeyd edib. İrland döyüşçü bunu "Forbes" versiyasında ən zəngin idmançılar siyahısında Ronaldunu ötə bilərsənmi?" sualına cavabında açıqlayıb.

"Çətin olacaq. Nəzərə alsaq ki, "Real"la müqaviləsini indicə yenilədi. Bəlkə də, gələn il ona çataram".

Ronaldunun "kral klubu" ilə cari müqaviləsi 2018-ci ildə başa çatır. Onun müqaviləsini 2020-21-ci ilə qədər uzatmaq planlaşdırılır. Bunun rəsmən avqustun 29-da elan ediləcəyi gözlənilir.