İranın poçt operatoru "MasterCard" beynəlxalq ödəniş sisteminə qoşulması üzrə saziş imzalayıb. Bu barədə İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi deyib.

Onun sözlərinə görə, hazırda beynəlxalq ödənişlərə bağlı problemlər həll edilib. İranlılar "MasterCard beynəlxalq ödəniş sistemindən istifadə edə bilərlər.

"Bank kartı ilə əməliyyatlar İran Mərkəzi bankının qaydalarına uyğun olaraq həyata keçirilə bilər", - deyə Vaezi qeyd edib.