Bu gün səhər Moskvadan Norveçin paytaxtı Osloya uçan, "Aeroflot"a məxsus təyyarədə bomba həyəcanı yaşanıb.

Unikal.org xəbər verir ki, "A-320" təyyarəsinin ərəb mənşəli, 40-45 yaşlarında iki sərnişini təyyarə uçuş zolağına çıxdıqdan sonra səs-küy salaraq, uçmaq istəmədiklərini bildiriblər.

Bundan sonra təyyarə əlavə yoxlamadan keçmək üçün anqara aparılıb, sərnişinlər təxliyyə edilib.

Reys başa çatana qədər uçmaqdan imtina edən ərəb sərnişinlər polis məntəqəsində gözləməli olacaqlar.