Ötən mövsüm Türkiyə çempionu adını qazanan "Beşiktaş" Superkubok matçında "Galatasaray"la bacarmayıb. Əsas və əlavə vaxtı 1:1 başa çatan görüşün taleyini penaltilər seriyası həll edib. "Sarı-qırmızılılar" əzəli rəqibinə qalib gələrək titula sahib çıxıblar. 

Unikal.org goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş bunları deyib:

"Kuboku qazana bilmədik. Daha yaxşı oynamaq istəyirik. Top itkilərini azaltmaq lazımdır. Mövsümün əvvəlində bunları görəcəyik. Komandamla fəxr edirəm. Oyunçularımın bariz qol şanslarını əldən verməsi konsentrasiyanı poza bilər. 120 dəqiqə oynamağımız fiziki cəhətdən hazırlıqlı və zəif futbolçuları görmək baxımından yaxşı oldu. Bu il milli komandalar səbəbindən liqalara çox fasilə verildi. Komandanın lazımi səviyyəyə gəlməsi üçün vaxt lazımdır. Bu durumda belə "Beşiktaş" çempionluğa əsas namizəddir. Çempionlar Liqasında daha yaxşı çıxış etmək üçün çatışmazlıqları aradan qaldırmaq lazımdır".