Aprel döyüşlərində səhid olan Rahim Tağıyevin həyat yoldaşı ailə vəziyyətinin necə ağır və dözlüməz olduğundan yazır. 

Unikal.org Criminal.az-a istinadən xəbər verir ki, şəhidin həyat yoldaşı Vüsalə Tağıyeva sənədləşdirmə işində çətinlikləri var: ''Qeydiyyatım Mingəçevirədir, yoldaşımın qeydiyyatı Şəkiyədir. Xəstə olduğuma görə tez-tez maşın tutub Şəkiyə gedə bilmirəm. Mənim o qədər pulum da yoxdu ki, yollara pul töküm. Mən heç bir sənəd ala bilməmişəm. Mingəcevir İcra Hakimiyyətinə gedirəm deyirlər get Şəkiyə, Şəki İcra Hakimiyyətinə gedirəm deyirlər "get Bakıya" . Mən yollarda qalmışam. Mən yasımla məşğul olum, yoxsa yollarda can çürürdüm. Bir nəfər gəlsin maraqlansın Rahim rəhmətə gedəndən sonra üstümə neçə dəfə Təcili Yardım gəlib. Bəs mən insan deyiləm? Dərdimi kimə deyim? Dövlətin bir adam yoxdurmu ki, mənimlə maraqlansın?''

V.Tağıyeva şəhid ailəsinə olan diqqətsizlikdən də şikayətlənib: ''Təkbaşına 3 uşağa baxıram. Müdafiə Nazirliyi niyə şəhidi ilə maraqlanmır? Niyə maraqlanmırlar? Məktəb açılır, mən bu uşaqlara heç nə almamışam. Mən bu uşaqları nə ilə məktəbə yola salım? Atam yox, qardaşım yox. Təkbaşına, pulsuz 3 uşaqla Bakıya necə getməliyəm? O gün mənə həkimdən mənə dərman yazıblar, ala bilməmişəm. Niyə bizim ailə ilə maraqlanan yoxdur? Bu gün mən 3 uşağa tək başına necə baxım???? Rahim sağ olsaydı özü öz balalarına baxacaqdı. Mən neyləyim? Mən xəstəyəm, Şəkiyə getmişəm halım dəyişib, yoldaşımın qəbri üstünə gedirəm halım pisləşir. Qalmışam iki rayonun arasında''.

Xatırladaq ki, Rahim Tağıyev aprel döyüşlərində ağır yara almışdı, 3 aylıq həyat mücadələsindən sonra dünyasını dəyişmişdi.

''Uşaqları nə ilə məktəbə yola salım?'' - Şəhid tankçının xanımı

''Uşaqları nə ilə məktəbə yola salım?'' - Şəhid tankçının xanımı

''Uşaqları nə ilə məktəbə yola salım?'' - Şəhid tankçının xanımı