"Rio-2016" Olimpiya Oyunlarında doqquzuncu günündə - avqustun 14-də Azərbaycan güləşçisi Rövşən Bayramov mübarizəyə qoşulub.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, turnirdə 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan yunan-Roma güləşçimiz, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının iki qat qızıl medalçısı R.n Bayramov 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozko ilə görüşüb.

R.Bayramov rəqibini məğlub edərək 1/4 final mərhələsinə adlayıb.