Rusiya Xəzər dənizində genişmiqyaslı təlimlər keçirir.

Unikal.org "RİA Novostiyə istinadən verdiyi məlumata görə, Rusiya Xəzər donanmasının gəmiləri təlim döyüşlərinə başlayıblar.

Təlimlərə hərbi aviasiya da cəlb olunacaq.

Gəmi heyətlərinin üzvləri dənizdə müxtəlif raket və artilleriya atışları həyata keçirəcəklər.
Təlimlərə "Dağıstan və "Tatarıstan raket gəmiləri, "Velikiy Ustyuq, "Volqodonsk və "Mahaçqala kiçik raket və artilleriya gəmiləri, tral gəmiləri olmaqla, ümumilikdə 20 gəmi və kater cəlb olunub.