Qaxda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Qaradolaq kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 70 ha biçilmiş taxıl sahəsi və 30 ha quru ot, kol-kos yanıb.

Digər ərazilər yanğından mühafizə olunub. Yanğın saat 23:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.