Rio-2016 Yay Olimpiya Oyunlarında Yunan-Roma güləşi üzrə yarışlar davam edir.

Unikal.org-un məlumatına görə, yığmamızın iranlı legioneri Sabah Şəriəti (130 kq) Rioda 1/8 finalda debüt edib.

Avropa Oyunları gümüş mükafatçısının ilk rəqibi amerikalı David Smit olub. Görüş təmsilçimizin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb. 1/4 finalda Sabah Şəriəti Türkiyə təmsilçisi Rıza Kayaalpa məğlub olub. Lakin türkiyəli güləşçi finala adladığı üçün Şəriəti bürünc medal üçün təsəlliverici görüşlərə qatılıb.

Təsəlliverici görüşlərin ikinci mərhələsində Sabah Şəriəti venesuellalı Ervin Xose Kabrera Karaballo ilə mübarizə aparıb. Görüşü 8:0 hesablı qələbə ilə başa vuran idmançımız bürüncə bir addım da yaxınlaşıb. Mükafatçılar sırasına düşmək üçün onun son rəqibi almaniyalı Eduard Popp olub. Rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanan Sabah Şəriəti Olimpiya oyunlarının bürünc medalını qazanıb.