Yəmənin şimal bölgəsində "Sərhədsiz həkimlər təşkilatının xəstəxanası hava hücumuna məruz qalıb.

Unikal.org-un məlumatına görə, bu barədə təşkilatın "Tvitter səhifəsində bildirilir.

Hava zərbələri nəticəsində biri təşkilatın əməkdaşı olmaqla, 11 nəfər ölüb, 19 nəfər yaralanıb.

Xəstəxana üsyançı husilərin nəzarəti altında olan bölgədə yerləşir.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir.

Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.