Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərman Bəhman oğlu Allahverdiyevə "Əməkdar həkim fəxri adın verilməsi haqda sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

"Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidmətinin səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə Fərman Bəhman oğlu Allahverdiyevə Azərbaycan Respublikasının "Əməkdar həkim fəxri adı verilsin.