Müğənni Kutsi keçmiş həyat yoldaşının onu tənqid etməsinə sərt etiraz edib.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, Kutsinin indiki sevgilisi aktrisa Feyza Çıpa ilə evlənməyə hazırlaşması keçmiş həyat yoldaşı Sinem Bayraktutarı əsəbləşdirmişdi. Sinem sosial şəbəkədə "...İtlə yatan bitlə ayılar. Artıq dəyər verdiyin üzünün astarını tez cırar" yazmışdı.

Buna hirslənən Kutsi Sinemə zəng vuraraq onunla böyük mübahisə edib. Ardından isə iki uşağının anasını İnstaqramda izləməyi dayandırıb.

Qeyd edək ki, Kutsi həyat yoldaşı Sinemi Çıpa ilə aldatmışdı. Cütlük ayrılmaq istəyərkən Sinemin ikinci uşağa hamilə qalması onların evliliyini xilas etmişdi. Lakin körpə dünyaya gəldikdən sonra bu birlik uzun sürməmişdi. Kutsi həyat yoldaşından boşanaraq sevgilisi ilə münasibətlərini bərpa etmişdi.