Şirvanda 6 yaşlı uşağı avtomobil vurub.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə bu gün saat 12.00 radələində Şirvan şəhəri, Xəqani küçəsində qeydə alınıb. Şirvan sakininin idarə etdiyi "VAZ 2106" markalı avtomobil qəflətən yola çıxan Şirvan sakini, 2010-cu il təvəllüdlü Əliyev Hüseyn Heydər oğlunu vurub.
Uşaq sürücü tərəfindən Şirvan şəhər Xəstəxanasına çatdırılıb. Ona qarının küt traması, dalağın əzilməsi və daxili qanaxma diaqnozu qoyulub və əməliyyata götürülüb. Cərrahiyə əməliyyatı zamanı uşağın dalağı kəsilərək götürülüb. H.Əliyev reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.