Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı başlayan istintaq-əməliyyat tədbirləri çərçivəsində futbol üzrə Türkiyə milisinin keçmiş futbolçusu Hakan Şükürün həbs edilib ifadəsinin alınması barədə qərar çıxarılıb.

Unikal.org report-a istinadən bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, ona qarşı terror təşkilatına üzv olmaq ittihamı irəli sürülüb. İstanbul Terrora və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsi onun tutulub, ifadəsinin alınması barədə qərar çıxarıb.