Ötən gün Lənkəranda dənizdə batmış şəxsin cəsədi aşkarlanıb. 

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 2001-ci il təvəllüdlü İslamzadə Elman Eldar oğlunun cəsədi bu gün batdığı yerdən 500 metr aralıda Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb.

Əməliyyat saat 15:45-də başa çatib.